• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qırğızlar və Taciklər arasında münaqişə baş verib



Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib, Qırğızıstan vətəndaşı havaya üç xəbərdarlıq atəşi açıb.

Baki.Media ” xəbər verir ki, bu barədə “İnterfaks” Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tacikistan vətəndaşları Somonien (Tacikistan- Red) kəndindən keçərək Daxma kəndinə doğru hərəkət edən qırğızlara qarşı nalayiq ifadələr işlədib. Nəticədə onlar arasında dava düşüb.

“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hazırda Qırğızıstan və Tacikistanın Batken və İsfara bölmələri üzrə sərhəd nümayəndələri səviyyəsində görüş keçirilir”, - xidmətdən bildirilib.

Bu arada Tacikistan tərəfi bir nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

ƏN ÇOX OXUNANLAR

0.13630604743958