• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mark Milli Valeriy Zalujnıy ilə yeni silahların tədarükünü müzakirə etdi



Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnıy ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə telefon danışığında Ukraynaya yeni silahların tədarükünü müzakirə edib.

Baki.Media ” xəbər verir ki, söhbət zamanı hərbi liderlər cəbhədəki vəziyyəti və Rusiyanın iri raket zərbələri nəticəsində yaranan təhlükəsizlik riskləri ilə bağlı öz qiymətləndirmələrini bölüşüblər.

Zalujnı həmçinin Ukrayna Silahlı Qüvvələrinin silah və texnika, hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri ilə bağlı tələblərini də ətraflı izah edib.

ƏN ÇOX OXUNANLAR

0.36196303367615