• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İran etirazları yatırmaq üçün Rusiyadan kömək istəyib



İranın rejimi Rusiyadan xüsusi təlim və iğtişaşlara nəzarət etmək üçün avadanlıq almaqla bağlı kömək istəyib.

Baki.Media xəbər verir ki, hakimiyyət etirazçılarla uzun sürən qarşıdurmaya hazırlaşdığı və həm canlı qüvvə, həm də məhdud texniki resurslar ucbatından narahat olduğu üçün Moskvadan müşavirlər göndərilməsini də xahiş edib.

Məxfi sənədlər göstərir ki, Tehran öz daxili vəziyyətini qiymətləndirmək üçün Moskvadan gələn məlumatlara arxalanır. Sənədlərdə Rusiyanın İrandakı etiraz hərəkatının mahiyyəti və gücünü dəyərləndirməsi üçün Qərbin kommunikasiyalarını dinləməsi ilə bağlı ehtimallar da əks olunub.

Xatırladaq ki, bir qədər əvvəl Ağ Evin mətbuat katibi Karin Jan-Pyer demişdi ki, Moskva nümayişlərin yatırılmasında öz təcrübəsinə əsaslanaraq İrana kömək edə bilər.

ƏN ÇOX OXUNANLAR

  • 110
Avro və lirə bahalaşdı
0.12312006950378