• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Aİ qiymət tavanını pozan üçüncü ölkələrə qarşı sanksiyalar tətbiq edəcək



Aİ Rusiya neftini müəyyən edilmiş qiymətdən daha artıq qiymətə daşıyan gəmiləri sığorta və maliyyələşdirmədən 90 gün müddətinə məhrum etmək niyyətindədir.

G7 ölkələri, Aİ və Avstraliya bazar ertəsi, dekabrın 5-dən etibarən Rusiyanın dəniz yolu ilə daşınan xam neftinin barreli üçün 60 dollar həddində qiymət məhdudiyyəti qoyur. Limit Aİ-nin Rusiyadan tankerlərlə daşınan xam neftin alınmasına embarqosunun başlaması ilə eyni vaxtda tətbiq edilir.

Xüsusilə Avropa şirkətlərinə Rusiya neftini müəyyən olunmuş həddi aşan qiymətə daşıdığı aşkarlanan gəmini sığortalanması, maliyyələşdirilməsi və xidmət göstərməsi 90 gün müddətinə qadağan ediləcək.

Avropanın yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə deyib ki, qiymət tavanını pozan üçüncü ölkələrə məxsus gəmilər Avropaya gələrsə, onlara sanksiya tətbiq oluna bilər. Xüsusən də bu operatorlar Rusiya neftinin nəqli ilə bağlı 90 gün müddətinə Aİ-nin xidmətlərindən məhrum olacaqlar. Həmçinin, Aİ-yə üzv olan hər bir dövlət hazırkı sanksiyalar qərarına əməl etməyən operatorları təqib edəcək.

Mənbə: 1prime.ru

ƏN ÇOX OXUNANLAR

0.12720799446106