• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İranın sabiq prezidentinin qızına HÖKM OXUNDU



İranın sabiq prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı Faeze Haşimiyə hökm oxunub.

Baki.Media xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

"Faeze xanıma 3 ittiham ürzə hökm oxunub", - vəkil qeyd edib.

Vəkil Neda Şəms dekabrın 2-də yazdığı tvitində bu üç ittihamın Faeze Haşiminin həbsindən sonra məhkəmənin ilk iclasında ona izah edildiyini açıqlayıb.

Onun sözlərinə görə, müvəkkili dekabrın 2-də "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və sövdələşmə, İslam Respublikası hakimiyyətinə qarşı təbliğat fəaliyyəti və qeyri-qanuni toplantılara qatılmaqla ictimai asayişi və əmin-amanlığı pozmaq" ittihamları ilə mühakimə olunur.

SEPAH-a yaxın media orqanları Faeze Haşimini xarici qüvvələrlə birgə ölkədə iğtişaş yaratmaq və hakimiyyəti devirməyə çalışdığı barədə iddialar irəli sürüblər.

ƏN ÇOX OXUNANLAR

0.11374402046204