• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əfqanıstanlı jurnalist: “Etnik azərbaycanlıların yaşadığı Məzari-Şərifdə bəzi insidentlər baş verib”



Mətbuat konfransı keçirən “Taliban” hərəkatı Əfqanıstanda yaşayan vətəndaşların hər cür hüquq və azadlıqlarını qoruyacağını vəd etmişdilər. Lakin bu hadisədən bir gün sonra ölkənin keçmiş dövlət bayrağının saxlanılmasının tərəfdarı olanlar Cəlalabadda güllə atəşinə məruz qaldılar. Bundan əlavə, “Sputnik” agentliyi xəbər verir ki, “Taliban”ın üzvləri sosial şəbəkələrdən aktiv istifadə edərək Rusiyanın və MDB-nin informasiya məkanına nüfuz etməyə başladı.

Əfqanıstanın ictimai xadimi, jurnalist Esmatulla Abdali -a müsahibəsində bildirib ki, “Taliblərin” vədlərinə etibar etmək olmaz və Əfqanıstanda baş verən hadisələr bunu sübut edir.

“Milyonlarla əfqan “Taliban”a inanmır. Hazırda Əfqanıstanda olmadığım üçün bu barədə açıq danışa bilərəm. “Taliban”ın hakimiyyəti altında yaşayanların əksəriyyəti isə qorxu içindədirlər və susurlar. “Taliban” hərəkatı terror təşkilatı olub, indi də belədir və terror təşkilatı olaraq da qalacaq. “Taliban” heç vaxt öz vədlərinə sadiq olmayıb. Artıq Cəlalabadda mitinq iştirakçılarına silahdan atəş açılıb, Qəndəharda isə “Taliban” silahlarını yerə qoyub təslim olan Əfqanıstan ordusunun keçmiş əsgərlərini axtarır və öldürür. “Taliban” indi qadınların məktəblərə və universitetlərə gedəcəyini, siyasətlə və sair işlərlə məşğul olacaqlarını deyir. Ancaq biz hamımız bunları 1990-cı illərdə, “Taliban” Əfqanıstanda hakimiyyətə gələndə də eşitmişdik”, - deyə o bildirib.

“Taliban” həmçinin milli və dini icmalara, şiələrə - həzərilər və qızılbaşlara qarşı loyal münasibət vəd edib. Buna baxmayaraq əfqanıstanlı jurnalist bütün şiələrə qarşı “xüsusi” münasibətin olacağını düşünür.

“Artıq, məsələn, qızılbaşların - etnik azərbaycanlıların yaşadığı Məzari-Şərifdə bəzi insidentlər baş verib. Bu şəhərdə Aşura günündən əvvəl “Taliban” şiə bayraqlarını və simvollarını yıxıb. Eyni zamanda onlar Əfqanıstanda bütün milli və dini icmaların yaxşı yaşayacaqlarını söyləyirlər. Amma Taliban dövründə Qəndəharda (mən özüm də oradanam), Məzari-Şərifdə, Helmənddə şiələr öldürülüb”.

Abdali ekspansiyanın təkcə Əfqanıstanla məhdudlaşmayacağını vurğulayıb:

“Biz, əfqanıstanlılar, qardaş Azərbaycana, Rusiyaya və Orta Asiya ölkələrinə hər hansı bir zərərin dəyməsini istəmirik. Amma Taliban informasiya təsir prosesini başladıb, bu isə çox təhlükəlidir. Taliban bütün dünyadakı insanların öz şəriətlərinə uyğun yaşamalarını istəyir və dayanmağı düşünmürlər. Amma “Taliban” ən azı indi hərbi müdaxilə etməyə cürət etməyəcək. Gəlin “Taliban”ın necə başladığını xatırlayaq: onlar təbliğatçılar, tələbələr idilər. Uzun illər ərzində onlar yalnız məscidlərdə oturub söhbət edirdilər. Və sonra get-gedə aktivləşdilər, amma dövlət onlara fikir vermədi. Bu çox uzun çəkdi, amma gün gəldi, taliblər döyüşməyə başladı...”

O, taliblərə tabe olmayan Pəncşir əyalətində mübarizə aparanlar barədə də danışıb:

“Əmrullah Saleh Əfqanıstandan qaçmayan cəsur, nüfuzlu bir şəxsdir və taliblərə şiddətli nifrət edir. Əhməd Məsuda gəlincə, o, çox gəncdir, təcrübəsizdir, o cümlədən hərbi təcrübəsi yoxdur. Görək, hadisələr necə cərəyan edəcək. Əmrullah Saleh taliblərin təsiri altında yaşamaq istəməyən hər kəsin Pəncşirə gələ biləcəyini açıqlayıb. Yeri gəlmişkən, artıq bu əyalətə 300 mindən çox insan gəlib və hər kəsə silah verilib. Yəni, müharibə hələ yeni başlayır”.

ƏN ÇOX OXUNANLAR

  • 110
Avro və lirə bahalaşdı
0.080157995223999