• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Prezident İlham Əliyev Davosda “Fortesque Future Industries” şirkətinin sədri ilə görüşüb - YENİLƏNİB



Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşü olub.

Baki.Media xəbər verir ki, görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə "Fortesque Future Industries" şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu bildirilib. Eyni zamanda, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının da önəmi vurğulanıb. Azərbaycanda istehsal edilən yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Azərbaycanda hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və “Fortesque Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin olduğu vurğulanıb.

Görüşdə ölkəmizin bərpaolunan zəngin enerji potensialına malik olduğu qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşü olub.

Baki.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

360452

ƏN ÇOX OXUNANLAR

2.0016407966614