• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

8 yaşında 61 milyon dollardan imtina etdi, rahibə oldu - FOTO



Hindistanda “Sanghvi and Sons” markalı zinət əşyalarının varisi aldığı qərarla gündəm olub.

Baki.Media “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, 8 yaşlı Dəvanşi Sanqvi bütün sərvətindən imtina edərək rahibə olub.

O, dünya nemətlərindən əl çəkdiyini elan etdikdən sonra 4 günlük dini mərasimlə rahibəliyə qəbul olunub.

Belə ki, uşaqlıqdan dindar olan Sanqvi heç vaxt televizor izləməyib. Hətta, restoran və ticarət mərkəzlərinə də getməyib.

D.Sanqvi “Jain” rahibəliyinə girmək üçün “Diksha” mərasiminə qatılan ən gənc insan olaraq tarixə düşüb.

Qeyd edək ki, Hindistanın kredit agentliyi olan ICRA-nın məlumatına görə, onun ailəsinin sərvətinin dəyəri 61 milyon dollardır.

Günay

Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.10857915878296