• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əlövsət Əliyevə Almaniyada açılan CİNAYƏT İŞİNƏ XİTAM VERİLİB



Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev 3 il əvvəl barəsində qaldırılan cinayət işilə bağlı təfərrüatı açıqlayıb.

Əlövsət Əliyev bu barədə feysbuk hesabında məlumat verib.


“Bildiyiniz kimi, 13 noyabr 2019-cu ildə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən insanları qanunsuz daşıma faktına görə şübhəli şəxs kimi saxlanılmışdım. 3 aydan sonra 19 fevral 2020-ci ildə isə barəmdə olan həbs-qətimkan tədbiri dəyişdirilmiş və həbsdən azad edilmişdim. Barəmdə olan cinayət işi isə araşdırılırdı. 2019-ci ildə 6 ay ərzində telefon danışıqlarım dinlənilmişdi. Həbs olunan zaman üstümdə olan və götürülən bir ədəd mobil telefon, ofisdə və evdə aparılan axtarışlar zamanı 4 ədəd mobil telefon, 3 ədəd laptop, 2 ədəd kompüter, eləcə də bütün sənədlər və qeyd dəftərləri götürülmüşdü.

Telefon danışıqlarım, email və “WhatsApp” yazışmalarım da daxil bütün sənədlərin yoxlanılması və bəzi şəxslərin ifadələrinin alınması 2023-cü ilin yanvar ayına kimi davam edib. 2017-ci ilin yanvar ayından sonrakı bütün fəaliyyətim araşdırıldı və fəaliyyətimdə hansısa hüquq pozuntusunun olması müəyyən edilmədi. 2 yanvar 2023-cü ildə isə barəmdə olan cinayət işinə xitam verilməsi haqqında Düsseldorf prokurorluğunun qəbul etdiyi qərar vəkilimə göndərilib və saxlandığım hər gün üçün təzminat ödəniləcəyi bildirilib”, - o deyib.

Qeyd edək ki, 2019-cu ildə Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Onların arasında azərbaycanlı Əlövsət Əliyev də olub.

O, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının qardaşıdır.

ƏN ÇOX OXUNANLAR

0.090829849243164