• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İt gəzdirənlər ayda 14 min manat qazanmağa başlayıb



ABŞ-də it gəzdirmək üzrə ixtisaslaşan xidmət və özəl işçilərin gəlirləri pandemiya fonunda artıb.

Baki.Media "New York Times"a istinadən xəbər verir ki, itlə yarım saat gəzməyin qiyməti 14-35 dollar və daha yüksəkdir. Belə işçilər ayda 8000 dollar (təxminən 14 min manat) və ya ildə 100 min dollar qazanmağa başlayıblar.

ABŞ-də ev heyvanlarına qulluq bazarı sürətlə inkişaf edir, çünki ölkədə 23 milyondan çox insan pandemiya zamanı it və pişikləri ailəsinə üzv edib və indi insanlar ofisə qayıdırlar. Onlar gəzinti və baxım üçün köməkçilər tutmağa məcbur olurlar.

"Whistle & Wag" xidmət şirkətinin qurucusu Bethany Lane deyir ki, o, tələbatla ayaqlaşa bilmir. O əlavə edib ki, şirkətə onlarla yeni müştəri gəlir və keçənilki gəlirləri qat-qat artacaq.

"Parkside Pups" qurucusu Maykl Cozef isə təlim kurslarını davam etdirmək üçün müəllim kimi işini tərk etdi. Layihənin son bir ildəki gəliri 100.000 dolları ötüb.

ABŞ-də dekabrda inflyasiya illik 6,5 faizə enərək, 2021-ci ilin oktyabrından bəri minimumu yenilədi (sonra 6,2 faiz idi). Qiymət artımı keçən ilin iyununda pikdən sonra ardıcıl altıncı aydır ki, yavaşlayır.

ƏN ÇOX OXUNANLAR

0.075031042098999