• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qışda allergik uşaqları bu otaqlardan qoruyun!



Türkiyəli mütəxəssis qış aylarında qapalı məkanda allergik uşaqları gözləyən təhlükələr barədə valideynlərə xəbərdarlıq edib.

Baki.Media Lent.az-a istinadən xəbər verir ki, o, dünyada ən çox görülən xroniki xəstəliklərdən birinin allergiya olduğunu nəzərə çarpdıraraq siqaret tüstüsünün allergik xəstəliklərin artmasında təsirli olduğuu deyib.

Uşaqların qışda qapalı məkanlarda daha çox vaxt keçirdiklərini qeyd edən Dos. Dr. Nacaroğlu sözlərinə belə davam etdi:

"Qış aylarında əksəriyyətimizin vaxtı qapalı yerlərdə keçirdiklərindən allergik uşaqlarımız üçün ev kimi qapalı şəraitin əhəmiyyəti daha da artıb. Uşaqlar ev tozu gənələri, kif, pişik və it tükü kimi tənəffüs yolu infeksiyalarına daha həssasdırlar.

Onlar uzun müddət allergenlərə, hava çirkləndiricilərinə və siqaret tüstüsünə məruz qalırlar. Astma diaqnozu ilə təqib edilən allergik uşaqlarda tənəffüs yollarını çirkləndiricilərə bu şəkildə məruz qalma tənəffüs yollarının həssaslığının, astma şikayətlərinin artması və ağciyər funksiyasının azalması kimi ciddi problemlərə səbəb olur".

Eyni zamanda, həkim evin havasını çirkləndirən qızdırıcılar uşaqları təhlükəyə saldığını diqqətə çatdırıb: 

"Evdəki hava çirkləndiricilərinə soba, qaz və ya qazla işləyən qızdırıcılar daxildir. Hava çirkləndiricilərinə məruz qalma kimi şikayətlər allergiyası olan uşaqlarda burun axıntısı və burundan sonra damlama, asqırma, öskürək və nəfəs darlığına gətirib çıxara bilər".

ƏN ÇOX OXUNANLAR

0.28317284584045