• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda kollecin bufetində MÜƏLLİMLƏ TƏLƏBƏLƏR ARASINDA DAVA: İŞƏ NAZİRLİK QARIŞIB



Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecində tələbələrlə müəllim arasında dava olub. 

Qaynarinfo.az-ın məlumatına görə, hadisə kollecin bufetində baş verib. Belə ki, tələbə Sərrafi Ələkbərzadə yeməkxanada növbətçi olan zaman nizam-intizama nəzarət edərək, tələbələrin bəzi qaydalara riayət etməsini tələb edib. Bu zaman həmin kollecin ingilis dili M.Nərmin adlı müəlliməsi Sərrafi Ələkbərzadədən ucadan danışmamasını tələb edib və aralarında mübahisə yaranıb.

Hadisədən bir neçə gün sonra isə M.Nərmin və həyat yoldaşı kollecin rəhbərliyinin yanına gələrək, yenidən tələbə və kollec kollektivinin yanında rəhbərliyə qarşı nalayiq ifadələr işlədib, hədə-qorxu gəliblər. Hətta kollec rəhbərliyinə təzyiqlər göstərildiyi üçün müəllim və həyat yoldaşı barəsində polisə şikayət olunub. 

Nəhayət hadisəyə Elm və Təhsil Nazirliyi də müdaxilə edib. Nazirliyin əmri ilə Bakı Texniki Kollecinin ingilis dili müəlliminin əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə uyğun olaraq xitam verilib. 

Şikayətə Nərimanov Rayon Məhkəməsinin hakimi hakimi Aytən Novruzovanın sədrliyi ilə baxılıb. Sərrafi Ələkbərzadə zərçəkmiş kimi ifadə verərək deyib ki, müəllim ictimaiyyət arasında onu küçə söyüşləri ilə təhqir edib, özünün, ata və anasının şərəf və ləyaqətini alçaldıb. Bakı Texniki Kollecinin "nəqliyyat vasitələrinin texniki istismarı” fakültəsinin 60 A qrupunun digər tələbələri də müəllimin söyüşlərinə etiraz ediblər.

M.Nərmin cavabdeh qismində məhkəmədə ifadə verərək Sərrafi Ələkbərzadəyə bir müəllim kimi irad tutduğunu, qışqırıb səs-küy salmamasını bildirib. Bildirib ki, bundan 5-10 dəqiqə sonra Sərrafi Ələkbərzadə 5-6 tələbə yoldaşı ilə kobud şəkildə dərs dediyi auditoriyaya daxil olub, onu kolidora çıxardaraq, barəsində "sən müəllim deyilsən, savadsızın birisən” , "sənin diplomun saxtadır”, "dərs demək hüququn yoxdur”, "sən müəllim yox, mal otaransan” və s. təhqiramiz və böhtan xarakterli ifadələr işlədib. Amma həmin tələbələr iddiaçı qismində onun barəsində məhkəməyə şikayət ediblər. 

Sərrafi Ələkbərzadə müəllimin hərəkətləri nəticəsində ona 10 min manat məbləğində maddi və mənəvi ziyan dəydiyini, bunun qarşı tərəfdən ödənilməsini məhkəmədən xahiş edib. 

Məhkəmə qərar verib ki, iddiaçı tələbələrin "şərəf və ləyaqətin müdafiəsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia tələbi təmin edilməsin. Sərrafi Ələkbərzadənin müəllimə qarşı "şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi də təmin olunmayıb.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirovdur.

 

ƏN ÇOX OXUNANLAR

0.36298108100891