• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Finlandiya XİN rəhbəri: Türkiyə ilə görüş təşkil etməyə çalışırıq



Finlandiya və İsveç NATO-ya üzv olmaq perspektivlərini və problemlərini müzakirə etmək üçün Türkiyə nümayəndələri ilə yeni görüş təşkil etməyə çalışır. Baki.Media xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto açıqlama yayıb.

Bundan əvvəl Türkiyənin “Sabah” qəzeti Şimali Atlantika Alyansına qoşulmaq üçün ərizə ilə bağlı Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli danışıqların Ankaranın tələbi ilə qeyri-müəyyən müddətə təxirə salındığını yazıb.

"Finlandiya, İsveç və Türkiyə yazın əvvəlində vəziyyəti qiymətləndirəcək yeni üçtərəfli görüş təşkil etməyə çalışırlar"  - deyə Haavisto bildirib.

Yanvarın 21-də Danimarkada islam əleyhinə Stram Kurs partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb.

Türkiyə Xarici İşlər Nazirliyi bu hadisəni İsveçin imzaladığı terror təşkilatlarının təbliğatının qarşısının alınmasına dair üçtərəfli memorandumun öhdəliklərinin pozulması adlandırıb. Türkiyə XİN əlavə edib ki, Stokholmda Quranın yandırılması Avropada islamofobiya, irqçilik və ayrı-seçkiliyin səviyyəsindən xəbər verir.

Elvin

Baki.Media

ƏN ÇOX OXUNANLAR

  • 33
Avro və rubl bahalaşdı
0.14466404914856