• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Almaniya Ukraynaya “Leopard 2” tankları verəcək



Almaniya kansleri Olaf Şolz aylarla davam edən müzakirələrdən sonra Ukraynaya “Leopard 2” döyüş tankları tədarük etmək qərarına gəlib.

Məlumata görə, söhbət “Leopard 2A6 tanklarının ən azı bir bölüyündən gedir. Bildirilir ki, digər müttəfiqlər, xüsusən də Polşa “Leopard 2” döyüş tanklarını Kiyevə göndərmək istəyirlər. Almaniya hökuməti bu növ texnikanın ixracına icazə verməyi planlaşdırır.

Qeyd olunur ki, “Leopard 2” tankları Almaniya Silahlı Qüvvələrinin öz ehtiyatlarından Ukraynaya göndəriləcək. Orta və uzunmüddətli perspektivdə isə sənaye ehtiyatlarından digər döyüş tankları da istifadəyə hazırlana bilər.

Mənbə: TASS

ƏN ÇOX OXUNANLAR

0.32702207565308