• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elektron Hökumətin İnkişafı Mərkəzinin DİREKTORU İŞDƏN ÇIXIB



Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov işdən çıxıb.

Bu barədə Fariz Cəfərov özü məlumat yayıb.

O bildirib ki, dövlət və özəl təşkilatlara konsultasiya xidmətləri göstərməyə davam edəcək, həmçinin universitetdə dərs deyəcək.

Qeyd edək ki, Fariz Cəfərov 2004-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2008-2010-cu illərdə İngiltərənin Vebster Universitetində (Webster Graduate School London) MBA (Biznesin təşkili və idarəedilməsi) üzrə magistr dərəcəsi əldə edib.

Fariz Cəfərov həmçinin, 2012-2013-cü illərdə Corc Vaşinqton Universitetinin Layihə idareətməsi üzrə magistr təhsilini də alıb.

2011-2013-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Strateji İdarəetmə Departementində strateji idarəetmə üzrə mütəxəssis vəzifəsində işləyən F. Cəfərov, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin mart ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin Strateji araşdırmalar sektorunun müdiri vəzifəsində çalışıb.

F. Cəfərov 2014-cü ilin mart ayından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini-Strateji araşdırmalar sektorunun müdiri vəzifəsi icra edib.

Mərkəz rəhbəri 2017-ci ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri olub.

ƏN ÇOX OXUNANLAR

0.10338401794434