• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İngiltərəli futbolçu Putinlə görüşdə qaşıq oğurlayıb



İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə çay qaşığı oğurlayıb. 
 
Baki.Media xarici mediaya istinadla bildirir ki, bu barədə “Arsenal”ın keçmiş futbolçusu Aleks Skott “Necə güclü olmaq” adlı  xatirələrində yazıb.
 
İdmançı bildirib ki, o və Ferdinand 2018-ci il dünya çempionatını müzakirə etmək üçün Beynəlxalq Futbol Federasiyasının (FİFA) əfsanələr proqramının üzvü kimi Kremlə dəvət olunub. "Rio çıxışda məni güldürdü - ovucunu açdı və yadigar olaraq bir qaşıq oğurladığını göstərdi", - o, xatırladıb.
 
362952
 
Skott daha əvvəl 2018-ci il dünya çempionatı zamanı rus taksi sürücüsünün onu öldürməklə hədələdiyini iddia etmişdi. Onun sözlərinə görə, o, sürücüyə Putinlə şəklini göstərəndən sonra o, ondan əl çəkib.
 
Skott İngiltərə qadın komandası ilə 2015 Dünya Çempionatının bürünc mükafatçısı və 2009 Avropa Çempionatının gümüş mükafatçısıdır. O, 2007-ci ildə Qadınlar arasında Çempionlar Liqasının qalibi olduğu “Birminqem Siti” və “Arsenal”dakı çıxışları ilə də tanınır./Lent.az

ƏN ÇOX OXUNANLAR

0.11792898178101