• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şəhid Orxan Əsgərovun nəşinin hava limanında QARŞILANMA ANI - VİDEO



Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib.

Yeniavaz.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından həmin anın görüntülərini təqdim edirik:
 

Onu da bildirək ki, Şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları Tehrandan Bakıya yola salınıb.

Şəhid diplomatımızın nəşinin yola salınması mərasimi ilə bağlı video görüntülər yayılıb. 

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən Azərbaycana məxsus təyyarə Bakıya gəlib. 

Yeniavaz.com xəbər verir ki, təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev adına Hava Limanına eniş edib. 

ƏN ÇOX OXUNANLAR

0.11586284637451