• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Serdar Ortaç villasını satır: “Köçürəm...” - FOTO



Məşhur türkiyəli müğənni Serdar Ortaç İstanbulun İstinye səmtindəki evini satışa çıxarıb.

Müğənni 750 kvadratmetr sahəyə malik, 8 otaqlı evi üçün 82 milyon lirə istəyir.

Ortaç həmçinin malikanədə yaşamağı arzu etdiyini vurğulayıb.

Müğənni bununla bağlı fikirlərini izləyiciləri ilə paylaşıb. “Avropa Yakasından köçürəm. Beykozda, Kavacıkda, Kanlıcada dəniz kənarında bir malikanə ola bilər. Qarşı tərəfdə satılan belə bir yer varsa, xəbər edin”, - deyə o bildirib.

Qeyd edək ki, Serdar Ortaç uzun illər boyu hər ay 120 min lirə ödədiyi İstinyedəki əkiz villasını 2016-cı ildə keçmiş həyat yoldaşı Çloe ilə birlikdə yaşamaq üçün 15 milyon lirəyə satın almışdı.

Mənbə: Haber Global

ƏN ÇOX OXUNANLAR

0.091255903244019