• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Axund olmaq istəyən qadınlar hansı tələblərə CAVAB VERMƏLİDİRLƏR? - VİDEO



“Dini məbədlərdə din xadimləri, imamların, imam müavinləri və dini ayin icraçılarının, müəzzinlərin təyinatı dini komitə tərəfindən həyata keçirilir”.

Bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Dini məbədlərdə boş olan yerlər barədə elan paylaşılır və müsahibə keçirilir. Yeddi nəfərdən ibarət ilahiyyatçı alimin iştirak etdiyi müsahibə komissiyası bu prosesi açıq şəkildə həyata keçirir. Komissiyadan yüksək bal toplayan şəxs təyinat alır. Ən aşağı bal 26-dır, ən yuxarı bal isə 35-dir”.

O bildirib ki, növbəti mərhələdə boş olan yerlərə dini ayinlərin icraçısı vəzifəsi üzrə qadınların da iştirak etməsi elanda öz əksini tapıb. 

“Azərbaycanda məscidlərdə xütbə vermək, moizə oxumaq və məscidi idarə etmək imam və imam müavininə aiddir. O da məlumdur ki, Azərbaycanda ibadətlərə qadınlar da gəlir, böyük məscidlərdə xüsusilə qadınlar üçün ayrıca yerlər var. Əsas aparıcı məscidlərdə dini ayinlərin icraçısı vəzifəsində qadınların da tədricən məscidlərə təyinat alması həyata keçiriləcək. Bu qadınlar mütləq dini təhsilli olmalıdır. Dini təhsili olmayan şəxsin məsciddə hansısa bir vəzifə tutması mümkün deyil”.

Mübariz Qurbanlı hazırda məsciddə işləyən şəxslər arasında dini təhsili olmayanlar varsa da, onların tədricən təhsilli şəxslərlə əvəz ediləcəyini deyib.

ƏN ÇOX OXUNANLAR

  • 19
Avro və rubl bahalaşdı
0.1241250038147