• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyəli məşhur ifaçı kosmosda konsert verəcək - FOTO/VİDEO



Türkiyəli məşhur müğənni Burak Yeter kosmosda konsert verəcək.

Baki.media-un məlumatına görə, bu barədə musiqiçinin özü məlumat verib.

Onun sözlərinə görə, uşaqlıqdan kosmosa maraq göstərib və astronavt olmaq istəyib.

“İki ildir üzərində çalışdığım “Kosmosda Konsert” layihəsini reallaşdırmaq üçün günləri sayıram. Musiqi sənayesində yeni bir səhifə açacağıq”, - deyə B.Yeter bildirib.

İfaçı 55 min fut (16.7 km) hündürlükdə kapsulda musiqi ifa edəcək. Onun bu konserti televiziya kanallarında canlı yayımlanacaq:

“Uçuş İspaniyanın Barselona şəhərində başlayacaq. Şarlarla təyinat yerinə çatmaq iki saat çəkəcək. Stratosferi keçdikdən sonra kapsul 2 saat ərzində 55 000 fut yüksəklikdə sabit qalacaq”, - deyə o bildirib.

ƏN ÇOX OXUNANLAR

0.30362296104431