• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Cəlilabadın Zopun kəndinin YOLLAR BƏRBAD VƏZİYYƏTƏ DÜŞÜB



Cəlilabad rayonunun Zopun kəndinin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə “Report”un yerli bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kəndin yolları indiyə qədər heç vaxt asfalt örtüklə döşənməyib. Sakinlər deyirlər ki, yollara vaxtaşırı çınqıl-daş tökülsə də, bu, elə də uzunömürlü olmur. Buna görə də yolların təkrar təmir-bərpaya ehtiyacı yaranır.

Məsələ ilə bağlı Zopun kənd bələdiyyəsindən bildirilib ki, yolların təmir olunmamasına səbəb sakinlərin vergiləri ödəməməsidir.

Qeyd edilib ki, kənd sakinləri üç ildir bələdiyyəyə olan vergiləri ödəmirlər:

“Amma 3 il əvvələ kimi bələdiyyə hesabına yollara çınqıl-daş tökülüb”.

Məlumatda, həmçinin vurğulanıb ki, kənd yolunun dövlət hesabına təmir olunması nəzərdə tutulub.

Qeyd edək ki, Zopun kəndi rayon mərkəzindən 9 kilometr uzaqlıqda yerləşir.

 

ƏN ÇOX OXUNANLAR

  • 33
Avro və rubl bahalaşdı
0.10985708236694