• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Naxçıvanın prokuroru vəzifəsindən AZAD EDİLİB - SƏRƏNCAM



Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqüst ayının 10-da Naxçıvan şəhərində anadan olub, 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.

1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib, 2001-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunub.

II dərəcəli dövlət ədliyyə müşaviri  ali xüsusi rütbəsindədir.

Ailəlidir, iki övladı var.

ƏN ÇOX OXUNANLAR

0.12525510787964