• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıldı



Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Bu barədə Baki.media-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əməkhaqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərovdur.

ƏN ÇOX OXUNANLAR

0.10442686080933