• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gəncədə keçmiş hərbi hissənin ərazisində YANĞIN OLUB



Gəncədə əvvəllər hərbi hissə yerləşmiş ərazidə yanğın olub. 

Baki.media-ın məlumatına görə, ərazidə yanacaq daşıyan avtomobil yanıb. 

Yanğın qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Sevinc qəsəbəsində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bununla bağlı FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ƏN ÇOX OXUNANLAR

0.10955309867859