• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Beyons dünya turnesinə çıxacaq - FOTO



Müğənni Beyons ötən yay “Renaissance” albomunun işıq üzü görməsilə əlaqədar eyniadlı dünya turnesinə çıxacağını açıqlayıb.

Müvafiq bəyanatı sənətçi öz “Instagram” səhifəsində dərc edib.

Məlumata görə, mayın 10-dan sentyabrın 27-dək davam edəcək qastrol səfəri çərçivəsində müğənni İsveç, Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Niderland, Polşa və ABŞ-nin bir sıra şəhərlərinə səfər edəcək.

Qeyd edək ki, ifaçı sonuncu dəfə 2016-cı ildə altıncı studiya albomu “Lemonade”ə dəstək olaraq dünya turnesinə çıxıb.

Xatırladaq ki, Beyons 41 yaşındadır və qadınlar arasında ən çox “Qremmi” mükafatı alan sənət adamıdır.

 

ƏN ÇOX OXUNANLAR

0.20431900024414