• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hərbçilərimiz Qarsda: BİR TİKƏ QARDAŞ ÇÖRƏYİ - FOTO/VİDEO



Türkiyə Milli Müdafiə Nazirliyi qurumun rəhbəri Hulusi Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstan müdafiə naziri Cuanşer Burçuladzenin Qars vilayətində keçirilən qış təliminin yüksək səviyyəli müşahidəçi günündən görüntülərini paylaşıb.

Qonaqlar ev sahibinin dəvəti ilə təlimlərdən sonra səhra xidməti bölüyünün obyektlərinə baxış keçiriblər.

Daha bir maraqlı məqam səyyar soba və mətbəx bölmələrində qeydə alınıb. Burada nazir Akarın bişirilən çörəyi azərbaycanlı həmkarı Z.Həsənovla yarı böldüyü görünür.

Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

ƏN ÇOX OXUNANLAR

0.084326028823853