• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Co Bayden YENƏ MARAQLI AÇIQLAMA VERİB: “Administrasiyamdakı qadınların yarıdan çoxu qadınlardır” - FOTO/VİDEO



Tez-tez sözləri qarışdırması və unutqanlığı ilə tanınan ABŞ prezidenti Co Bayden yenə maraqlı açıqlama verib.

Bayden ailəvi və tibbi məzuniyyət haqqında qanunun 30-cu ildönümü ilə bağlı çıxışı zamanı administrasiyasında çalışan işçilərdən bəhs edib.

“Kabinetimdəki qadınların, kabinet üzvlərinin yarıdan çoxu, administrasiyamdakı qadınların yarıdan çoxu qadınlardır”, - deyə o qeyd edib.

Baydenlə birlikdə jurnalistlər qarşısında ABŞ-nin keçmiş prezidenti Bill Klinton da çıxış edib. O, öz növbəsində Baydenin unutqanlığı ilə bağlı zarafat edib.

Mənbə: “Fox News”

ƏN ÇOX OXUNANLAR

  • 33
Avro və rubl bahalaşdı
0.13457202911377