• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Nazir: “Bu, Türkiyəyə qarşı psixoloji müharibədir”




“60 milyon turist hədəfini təyin etdiyimizi və 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız gün səfirliklər vasitəsilə Türkiyəyə qarşı yeni psixoloji müharibəyə başladılar”.

Baki.Media ” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bəzi səfirlik və konsulluqların təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanma qərarı ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Bu ölkələrin məqsədlərinin “Türkiyənin sabitliyini pozub, əmin-amanlığına kölgə salmaq olduğunu hər kəsin çox yaxşı bildiyini” vurğulayan nazir Süleyman Soylu bildirib ki, bunun səbəbi bəllidir: “Bu yolla Türkiyədə hüquqa müdaxilə etmək və Türkiyədə sabitliyi pozmaq istəyirlər. Bunun İstiqlal küçəsində bombalı hücumun, Hatayda polis məntəqəsinə edilən hücumun 2022-ci ildə səfirlərin imzaladığı bəyannamədən bir fərqi yoxdur, eynisidir. Bu hələ də həyata keçirə bilmədikləri böyük planın bir hissəsidir”. 

Qeyd edək ki, Türkiyə ilə bağlı təhlükəsizlik xəbərdarlığı edən və ya bəzi diplomatik və konsulluq nümayəndəliklərini müvəqqəti bağlayan ABŞ, Hollandiya, İsveçrə, İsveç, İngiltərə, Almaniya, Belçika, Fransa və İtaliyanın bu ölkədəki səfirləri və nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq Ankaranın mövqeyi çatdırılıb.

Mürtəza
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.15370678901672