• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu il Azərbaycandan Nobel mükafatına namizəd olacaq şəxslərin adları açıqlandı



Alfred Nobelin vəsiyyəti əsasında baş tutan və 1901-ci ildən bəri keçirilən Nobel mükafatı kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilir.
6 nominasiyanın hər biri üzrə 3 nəfərə verilən bu mükafatın məbləği isə təxminən bir milyon dörd yüz min ABŞ dollarına bərabərdir. Hər il bir çox ölkə, o cümlədən Azərbaycan mükafatın nominasiyaları üzrə öz namizədlərini təqdim edir.

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov builki namizədlərlə bağlı Baki.Media -a danışıb.

- Nobel mükafatına bu il Azərbaycandan hansı nominasiyalar üzrə namizədlər təqdim ediləcək və namizədlər kimlərdir?
- Biz bu il hardasa 2-3 nəfərin adını vermişik. Onlardan biri Fizika üzrə namizəddir. Bu, yeni kadrdır. Nobel nizamnaməsinə əsasən İlk dəfə namizəd göstərilən şəxsin adı açıqlanmır. Biz onun adını yalnız 2-3 ildən sonra deyə bilərik, amma hələlik gizli saxlanılır. Bundan əlavə, hazırda namizədliyi gündəmdə olanlar arasında kimya üzrə Adil Qəribov, Pərviz Yəhyalı, tibb sahəsi üzrə Yaşar İbadovdur.

- Bəybala müəllim, hər il Azərbaycandan Nobel sülh mükafatına da namizəd təqdim olunur. Bu il də olacaqmı?
- İki il əvvəl Rusiya jurnalisti, teleaparıcısı, "Novaya qazeta"nın baş redaktoru Dmitri Muradova Nobel sülh mükafatı verilib. O, rus-çeçen müharibəsinində iştirak etmiş və rus zabitlərinin çeçen xanımlarına, qızlarına olan zorakılıqları birbaşa mediaya çıxarmışdı. Rus-çeçen müharibəsini saxlayan, Çeçenistanın "Milli qəhrəmanı-Koman Turpal" ordeninə layiq görülmüş şəxsiyyətin adının çəkilməməsi, onlara irad tutuldu. Bu şəxs Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir. Onun sadaladığım xidmətlərini nəzərə alınmaqla namizədliyini bu il də gündəmə gətirmişik.

Bu il Nobel komitəsi şifahi xalq yaradıcılığı üzrə disket buraxacaq. Bizdən namizədlər istəyiblər.

- Namizədlər müəyyənləşdirilibmi?

- Burada sözsüz ki, birinci növbədə şifahi yaradıcılığı sırasında aşıq yaradıcılığı dayanır. Namizədin qadın, yoxsa kişi olması məsələsinə aydınlıq gətirə bilmirik. Biz hər ehtimala qarşı həm qadın, həm kişi namizədlər müəyyənləşdirmişik.

Namizədlər aşıq Samirə, aşıq Zülfiyyə, Namiq Fərhadoğlu, Əli ola bilər. Namizədlərlə bağlı Folklor İnstitutunun diektoru ilə məsləhətləşəcəyik. Buna hələ aydınlıq gətirməmişik.

- Nobel Komitəsinin disketləri yalnız şifahi xalq yaradıcılığını əhatə edir?

- 3-5 ildən bir Nobel komitəsi tanınmış müğənnilərin ifasında xüsusi disket buraxır. Bu vaxta kimi həmin disketə Azərbaycandan bircə müğənni düşə bilib. O da Brilliant Dadaşovadır. Çoxunun bundan xəbəri yoxdur. Təxminən 7-8 il əvvəl olub. Biz də gec xəbər tutmuşuq.

- Nobel mükafatlandırma mərasimi ilə bağlı hər hansı dəyişikliklər varmı?

- Əvvəllər ki, Nobel komitəsinin maliyyə xərclərini özləri qarşılayırdılar. İndi isə bəzi maliyyə xərclərini nəzərə alaraq qaydalar dəyişib. Belə ki, bu ildən komitədəki ekspertlərin pulunu digər ölkələr verməlidir. Məsələn, bizə rəyi hansı ölkə verəcəksə, onlar bizdən ekspert komitəsi üçün maliyyə tələb edəcək. Digər tərəfdən biz bundan sonra ekspert qruplarımıza gənc kadrları dəvət edəcəyik. Onlardan biri biologiya üzrə Elnarə Möhbalıyeva, digəri isə tibb üzrə Çiçək Əhmədovadır.

- Dediniz ki, namizədlər müzakirə ediləcək. Bəs namizədlər yerli komissiyalarda nə vaxt müzakirəyə çıxarılacaq?

- Nizamnaməyə görə, dekabrın 10-dan fevralın 3-dək sənədlərin qəbuludur. Müzakirələr ayın 1-dən başlanıb. Namizədlərin təqdimatı olsa da, hələ müzakirə edilməyib. Təyinat üzrə namizədlərin məlumatları mart-aprel aylarına qədər ayrı-ayrı mərkəzlərə göndərilir və rəyləri alınır. Rəyləri Nobel komitəsi özü toplayır. 

- İllərdir Azərbaycan müxtəlif sahələr üzrə öz namizədlərini təqdim edir, amma onlar arasında bu mükafata layiq görülən olmayıb.

- Namizədlər ümumiyyətlə 6 sahə üzrə olur. Eyni sahə üzrə mükafat cəmi 3 adama verilə bilər. 4-cü adama verilmir. Ümumiyyətlə, mən bu sahəyə gələndən sonra 11 nəfər Azərbaycan mütəxəssisinin sənədləri ora göndərilib. Onlardan ən yüksək yerdə duran fiziologiya üzrə namizəd mərhum professor Nemət Qasımov olub. 4-cü yerdə qərarlaşmışdı. 3 nəfərə mükafat verilsə də, o qaldı.

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.10590100288391