• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kanada minlərlə uyğur türkünü himayəsinə götürəcək



Kanada parlamenti  fevralın 1-i keçirilən səsvermədə Çindən gələn 10 min uyğur türkünün ölkəyə yerləşdirilməsi təklifini qəbul edib.

Baki.Media xarici KİV-ə istinadla xəbər verir ki, kanadalı deputat Samir Zuberinin təqdim etdiyi təklifə 322 deputat müsbət rəy verib. 

2024-cü ildə başlayacaq proqram çərçivəsində qaçqınların bütün xərclərinin hökumət tərəfindən qarşılanacağı gözlənilir.

Kanada immiqrasiya naziri Şon Freyzer müdafiəyə ehtiyacı olan hər kəsə kömək ediləcəyini söyləyib.

Çinin xarici işlər naziri Mao Ninq isə Sincanda uyğurların dinc yaşadığını deyərək, insan haqlarının da qorunduğunu müdafiə edib.

“Kanadaya reallığa hörmət etməsi və yanlış məlumat yaymamaqla bağlı xəbərdarlıq etdik”,- deyə o əlavə edib.

Qeyd edək ki, Kanada ilə Çin arasında diplomatik münasibətlər son illərdə gərginləşib.

Günay

 

ƏN ÇOX OXUNANLAR

0.16814517974854