• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İzmirdə eyni anda 8 TORNADO: Əhali qorxuya DÜŞÜB - FOTO/VİDEO



Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.

Çeşmə səmtində səhər saatlarında müşahidə olunan və qorxu yaradan tornadolar xoşbəxtlikdən sahilə çatmayıb.

İzmirdə xüsusilə yarımada kimi tanınan Çeşmə, Urla və Karaburun rayonları ilə yanaşı sahil rayonlarında da tufanlı hava üstünlük təşkil edib. Yağışdan əlavə, Çeşmə-Ovacık sahillərində dənizdə tornado müşahidə edilib.

Baş verən bu qorxulu hadisə kameralara əks olunub.

Egey dənizində nadir rast gəlinən bu görüntü vətəndaşlarda panika yaradıb.

 

Mənbə: Haber Global

ƏN ÇOX OXUNANLAR

0.1309061050415