• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vergi Xidməti Fazil Məmmədovun bacısı oğlunu MƏHKƏMƏYƏ VERİB – SƏBƏB



İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ötən ilin noyabr ayında İstanbulda müalicə aldığı xəstəxanda vəfat edən sabiq Vergilər naziri Fazil Məmmədovun bacısı oğluna qarşı məhkəmə iddiası qaldırıb. 

Yeniavaz.com xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində 10.02.2023-cü il tarixində baxılacaq məhkəmə işinə hakim Kənan Hüseynov sədrlik edəcək. Məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.

Fazil Məmmədovun bacısı oğlu – Elnur İsgəndərov eyni zamanda Binəqədi rayonunun sabiq İcra başçısı Xaləddin İsgəndərovun oğludur.

Məlumat üçün bildirək ki, Elnur İsgəndərov “Synergy Group” MMC–nin (VÖEN - 1701078891) qanuni təmsilçisidir. Nizamnamə kapitalı 50 milyon manat olan MMC 25.01.2010-cu ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “Synergy Group”un adı uzun illər mətbuatda sabiq vergilər naziri Fazil Məmmədovla birgə hallanıb. “Synergy Group” və bu qrupa daxil olan şirkətlərin rəhbərliyində təmsil olunan şəxslər Fazil Məmmədovun yaxın çevrəsində olan şəxslər olub.

Onu da bildirək ki, Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin barəsində iddia qaldırdığı Elnur İsgəndərov dayısı - Fazil Məmmədov vergilər naziri olan zaman elə bu qurumda - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində Bəyannamələr idarəsinin direktor müavini vəzifəsində işləyib.

Müəllim A. Cəfərov
Mənbə Yeniavaz.com 

ƏN ÇOX OXUNANLAR

0.08201789855957