• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır



Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Rusiyaya qarşı hazırladıqları 10-cu sanksiya paketinin 10 milyard avro həcmində olacağını deyib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Aİ Şurasının sədri Şarl Mişel ilə Kiyevdə keçirilən 24-cü Aİ-Ukrayna Sammitinin sonunda birgə mətbuat konfransında danışıb.

Von der Leyen, Rusiya iqtisadiyyatının tətbiq edilən sanksiyalara görə yüksək qiymət ödədiyini vurğulayaraq, “10-cu sanksiya paketi gəlir. Biz bu paketi fevralın 24-dək həyata keçirməyi hədəfləyirik”, - deyib.

Qeyd edək ki, Aİ indiyədək müharibə ilə əlaqədar Rusiyaya qarşı 9 sanksiya paketi tətbiq edib.

Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və lüks mallar da daxil olmaqla geniş spektri əhatə edir.

ƏN ÇOX OXUNANLAR

  • 103
Avro və lirə bahalaşdı
0.13174891471863