• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ İranın PUA istehsalçısının rəhbərliyinə qarşı SANKSİYA TƏTBİQ EDİB



ABŞ hakimiyyəti İranın dron istehsalçısı “Paravar Pars” şirkətinin direktorlar şurasının üzvlərini sanksiyalar siyahısına əlavə edib.

Bu barədə cümə günü ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC, məhdudlaşdırıcı tədbirlərin icrasına cavabdehdir – red.) İranda yerləşən “Paravar Pars” şirkətinin səkkiz rəhbər işçisini reyestrinə daxil edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət öncə Avropa İttifaqı da İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri üçün “Şahed” seriyalı pilotsuz uçuş aparatlarının istehsalına görə sanksiyalar tətbiq etmişdi.

Mənbə: TASS

ƏN ÇOX OXUNANLAR

0.15487599372864