• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Babayevlər ailəsini güllədən keçirənə 150 min dollar, rus zabitinə isə 5 min dollar... - İNANILMAZ FAKTLAR



“Arxiv sənədlər, əldə etdiyimiz materiallar və Xocalı soyqırımına gedən proseslərin müqayisəli təhlili göstərir ki, bu soyqırım təsadüfən törədilməyib”.

Baki.Media bildirir ki, bunu Musavat.com-a tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz deyib.

7a8d305f35df7ab12873b6aa4904ab72.jpg (54 KB)Onun sözlərinə görə, Xocalı soyqırımını sadəcə bir qrup başıpozuq erməni silahlı dəstəsi və müxtəlif maraqlar naminə ona xidmət edən 366-cı alayın rəhbəri törətməyib:

“Bu soyqırımı o dövrdəki Rusiya rəhbərliyi ciddi şəkildə, əvvəlcədən düşünülüb həyata keçirilmiş bir siyasətin tərkibi kimi hazırlamışdı. Məlumdur ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində artıq SSRİ-dəki yenidənqurma siyasəti dalana dirənmişdi. Bu baxımdan da Rusiya özünün əvvəlki hegemonluğunu qoruyub saxlamaq üçün bütün SSRİ ərazisində 30-dan artıq millətlərarası münaqişə ocağı yaratmışdı. Onların içərisində ən dəhşətlisi Azərbaycan ərazisi idi. Xüsusilə “Türkmənçay” müqaviləsindən sonra kütləvi şəkildə köçürülüb yerləşdirilmiş ermənilərdən bu məsələdə istifadə etdilər. Qarabağı ermənilərə vəd etməklə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə imkan verməmək xətti seçdilər.

Xocalı soyqırımında bir sıra Avropa ölkələrinin, böyük dövlətlərin xüsusi xidmət orqanları da iştirak edib.

95f4d2ef-9d5a-3815-ae1f-bf39c447e5cc_850.jpg (113 KB)Onlar SSRİ-ni “şər imperiyası” adlandıraraq onun dünya üçün böyük fəlakət törədəcəyini düşünürdülər. Çox gözəl bilirdilər ki, SSRİ-ni müharibə vasitəsilə məğlubiyyətə uğratmaq mümkün deyil. Ona görə də onlar millətlərarası münaqişəni ən yaxşı vasitə hesab etdilər. Bu işdə onlara xaricdə olan erməni diasporu köməyə gəldi. Bu diaspor Qarabağı ermənilərə vəd etməklə onları guya sovet imperiyasına qarşı qalxan, cəsarətli, insan haqları uğrunda mübarizə aparan, tərəqqipərvər bir qüvvə kimi təqdim etməyə başladılar. Öz ərazisini qorumaq istəyən, separatizm və terrorizmdən əziyyət çəkən Azərbaycan xalqını isə İslam fundamentalist dünyagörüşünə malik olan, dünyanı qorxu altında saxlayan, “şər imperiyası”nın sosial dayağı kimi qələmə verdilər. Nəticədə Azərbaycan xalqı Avropa və dünyanın digər ölkələrində qeyri-bərabər bir vəziyyətə düşdü”.

Fəlsəfə doktoru xatırladıb ki, həmin dövrdə Azərbaycan xalqı sovet rəhbərliyindən 1920-ci ilin sentyabrında, 1922-ci ildə SSRİ yaranarkən üzərinə götürdüyü öhdəlikləri - yəni Azərbaycanın ərazi bütövlüyünün qorunması və burada yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi haqqındakı öhdəlikləri yerinə yetirməyi tələb edirdi:

“Lakin Moskva bunu yerinə yetirmirdi. Beləliklə, Azərbaycan bir tərəfdən SSRİ-ni qoruyub saxlamaq istəyən, Rusiyanın hegemonluğunu əvvəlki kimi davam etdirməyə çalışan qüvvələrin, digər tərəfdən isə SSRİ-ni dağıtmaq istəyən xüsusi xidmət orqanlarının və dövlətlərin arasında qaldı. Onlara siyasi, hərbi, maddi, mənəvi – bir sözlə, hər cür kömək göstərildiyi halda Azərbaycan xalqı faktiki olaraq tək, əliyalın qalmışdı. Xalqımız hissiyyatla, vətənpərvərliklə əlindən gələn imkanlardan istifadə etməklə müqavimət göstərirdi”.

Boran Əziz bildirib ki, həmin dövrdə Avropa ölkələrindən daha çox Fransa bugünkü kimi ermənilərə kömək edirdi:

“Monte Melkonyan Avropada Türkiyə vətəndaşlarına, diplomatlarına qarşı terror törətməkdə ad çıxarmışdı. Bu cinayətkar Fransada həbs edilsə də, sonradan buraxılmış və Qarabağa göndərilmişdi. Melkonyan Qarabağdakı bir sıra qətliamlarda, o cümlədən Meşəli, Kərkicahan, Cəmilli, Xocavənd, Qaradağlı faciəsi və onlardan da böyük miqyasda olan Xocalı soyqırımında yaxından iştirak edib. 1993-cü ilin 12 iyununda Ağdamın Mərzili kəndi yaxınlığında cəhənnəmə vasil edilib.

monte4 (1).jpg (52 KB)Melkonyanın dəfnində bütün Ermənistan rəhbərliyi iştirak edib, ona Ermənistanın milli qəhrəmanı adı verilib. Bu da Ermənistanın dövlət başçılarının da dolayısı yolla bu soyqırımlarda iştirak etdiyinin bilavasitə sübutu idi.

Digər erməni terrorçu Vazgen Sislyan Parisin Usman məhəlləsində 60 nəfərin girov götürülməsində, 1991-ci ilin dekabrında Türkiyənin Macarıstandakı səfiri Bədrəddin Tünbaşa qarşı qəsddə iştirak edib. Gözləmək olardı ki, özünü dünya nizam-intizamının hamisi kimi qələmə verən Fransa onu ömürlük həbsə məhkum edəcək. Lakin bir neçə müddət həbsdə olduqdan sonra bu adamı da buraxdılar və o, Azərbaycana gələrək soyqırım siyasətini həyata keçirdi. Avropa ölkələrində, o cümlədən Suriyada aldığı təlimləri Azərbaycanda dinc əhali üzərində tətbiq etdi.  

Fransa vətəndaşı olan Aşin Simonyan Paris yaxınlığında 26 nəfərə bir neçə ay təlim keçmişdi. Həmin təlimlər bitdikdən sonra Fransa onu da Azərbaycana göndərmişdi.

Bundan başqa, o dövrdə 366-cı alayın nəzdində “Klukin” erməni cəbhəsi deyilən rota yaradılmışdı. Həmin rotanın özəyini Livan, ABŞ, Kanada, İran, İsveç və Niderlanddakı erməni quldur birləşmələri təşkil edirdi. Qadınlardan ibarət “Şuşanik” adlı erməni snayper dəstəsi də onlara qoşulmuşdu. O snayperlərə əsasən Livandan gətirilmiş muzdlu qatillər rəhbərlik edirdi. “Klukin” erməni cəbhəsinə isə quldur, cani Xaçik Vartanyan başçılıq edirdi. 

ASALA terror təşkilatı da soyqırımlarda yaxından iştirak edib.

b03baab9-f821-3293-a076-136d66e9dc1a_850.jpg (84 KB)Fransa vətəndaşı olan Suren Paşayan “Krım” təşkilatının Fransa bölməsinin üzvü olub. Fransa vətəndaşı Qabriel İşxanyan isə “Vartan cəngavərləri” qrupunun Vyana bölməsinin üzvü olub.

Bu qətliamlarda bilavasitə iştirakçı kimi çıxış edən 366-cı alayın 1-ci batalyonunun qərargah rəisi Abram Çiçyan Rusiya vətəndaşı idi, sonra Fransaya köçmüşdü. Fransada ona külli miqdarda pul vəsaiti ödənilmişdi. Tarixi sənədlərdən üzə çıxıb ki, Çiçyan 13 nəfərlik Babayevlər ailəsini güllədən keçirdiyinə görə 1993-cü ildə Fransada erməni diasporu tərəfindən 150 min dollar mükafat və ən böyük kilsə mükafatı alıb. 1994-cü il sentyabrın 2-də Fransaya gedərək orada yaşayıb.

Xankəndidə ASALA erməni terror təşkilatının başçısı kimi tanınan İllarion Allahverdiyan 24 nəfər rus zabiti və əsgərinə pul mükafatı elan etmişdi. O, dəstənin önünə çıxarılmış rus zabiti Yevgeni Qolibevə üzərində ASALA yazılmış 25 qramlıq qızıldan tökülmüş ordeni, 5000 dolları təntənəli şəkildə təqdim etmişdi”.

Dosent vurğulayıb ki, burada 366-cı alayın rolu xüsusi qeyd olunmalıdır:

“366-cı alay 1985-ci ildə Gəncədən Xankəndiyə köçürülmüşdü. Bu da onu göstərir ki, sovet dövlətinin rəhbərliyi, sonra da bu dövləti davam etdirənlər bu qırğına hazırlaşmışdılar. 366-cı alayın rəhbəri polkovnik Yuri Zarviqorova Xocalı soyqırımından bir gün əvvəl general rütbəsi verilmişdi. Bu da Zarviqorovun arxayın salınması, onun heç bir cəza almayacağına ümid verilməsi anlamına gəlirdi. Beləliklə, ermənilər silahsız dinc insanlara qarşı belə bir soyqırım həyata keçirdilər. Rusların və onların əlaltısı olan ermənilərin, ermənilərə havadarlıq edənlərin başlıca məqsədi Azərbaycanın müstəqilliyinə mane olmaq, ərazi bütövlüyünü pozmaq, Moskvanın tələb etdiyi kimi, Qarabağın dağlıq hissəsinin ermənilərə verilməsinə razı olmasını təmin etməkdən ibarət idi. Lakin Azərbaycan xalqı buna razı olmadı. 1990-cı ilin yanvarında xalqımıza qarşı qətliam törətmələrinə, Qarabağın iri yaşayış məntəqələrində belə bir siyasəti davam etdirmələrinə baxmayaraq, xalqımızı qorxudub öz fikrindən daşındıra bilmədilər”.  

4e5876d0-abf2-31f8-9dd2-98a028973a87_850.jpg (173 KB)Boran Əziz bildirib ki, 25 fevral 1997-ci ildə Xocalı qurbanlarının sükut dəqiqəsinin elan edilməsi haqqında qərar bu soyqırımın bütün xalq tərəfindən daha dərindən anlaşılmasına, onun ümumxalq kədəri, hüznü kimi qeyd edilməsinə əhəmiyyətli təsir göstərib:

“1998-ci il martın 26-da ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımlar və onların tarixinin öyrənilməsi haqqında qərar da bu cəhətdən çox böyük əhəmiyyətə malikdir.  

Xocalı soyqırımı bəşəri cinayətdir. Ermənilər bununla bütövlükdə insanlığa qarşı qəsd həyata keçiriblər. İnsanlığın yaranması, onun müxtəlif inkişaf mərhələlərini keçməsi, Afrika, Asiya və Avropada ən qədim insanların yaşam prinsipləri arasındakı oxşar və fərqli cəhətlərin öyrənilməsi böyük tarixi əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan və onun ayrılmaz parçası olan Qarabağ, Azıx mağarası, Xocalı-Gədəbəy ərazisindəki arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət abidələri bunu daha yaxşı öyrənməyə imkan verir. Xüsusilə Xocalı-Gədəbəy mədəniyyəti eramızdan əvvəl 2-1-ci minilliyə - Son Tunc və Erkən Dəmir dövrünə aid ən yaxşı maddi-mədəniyyət abidələri ilə zəngin idi.

21076824_1430412437027468_1926263281_n.jpg (56 KB)Faktiki olaraq o dövrdə məhz Qafqazda və Azərbaycanda insanlığın inkişaf mərhələsini burada tapılan əmək alətləri ilə üzə çıxarırdılar. Bunların içərisində Azərbaycanda heç bir yerdə rast gəlmədiyimiz 2 tip qəbri – menhir və kromlixləri xüsusi qeyd edə bilərəm. Məsələn, orada 11-ci kurqandan bir üzük tapılmışdı və o, rus alimlərinin də (akademik Meşşanov) təsdiq etdiyi kimi, eramızdan əvvəl 8-ci əsrdə yaşamış Assuriya çarı Adadnerariyə məxsusdur. Bu, Qafqazın, o cümlədən Azərbaycanın Assuriya ilə iqtisadi, mədəni əlaqələrini üzə çıxarmaq baxımından çox əhəmiyyətli idi. Ermənilər bu abidələri məhv etməklə insanlıq tarixinə böyük zərbə vurublar. Bu cəhətdən ermənilər dünya xalqları üçün daha böyük təhlükədirlər”.

Tarix üzrə fəlsəfə doktoru qeyd edib ki, dünya ölkələri hər il 9 mayda faşizm üzərində qələbəni təntənəli şəkildə qeyd edirlər, alman faşistlərini lənətləyirlər. Amma onlar bir şeyi unudurlar ki, ermənilərin törətdiyi qətliam alman faşistlərinkindən daha qəddar, amansız olub:

“Əgər alman faşistləri işğal etdikləri ərazilərdə yerli xalqa məxsus maddi-mədəniyyət abidələrinə toxunmamışdısa, müqavimət göstərməyən dinc əhalini öldürməmişdisə, onların evlərini yerlə-yeksan etməmişdisə, ermənilər bunların hamısını edib. Təəssüf ki, o dövrdə beynəlxalq təşkilatlar, böyük dövlətlər ermənilərin qətliamlarına lazımi diqqət və qiymət vermədilər. Halbuki işğalçıya o dövrdə qiymət verilsəydi, sonrakı illərdə işğalçı tutduğu torpaqlarda yerli əhaliyə qarşı belə amansız davranışa görə cəzalandırılacağından qorxardı. Bəlkə də vaxtında iş görülsəydi, bu gün Ukrayna ərazisində dağıntılara rast gəlmək mümkün olmazdı. Erməni cinayətkarlarının vaxtında cəzalandırılmaması çox böyük faciələrə yol açıb. Bu baxımdan da biz Xocalı soyqırımını bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş akt hesab edirik”.

db2e02c1-ec0d-34ce-af72-7f6abf49bfb8_850.jpeg (99 KB)Boran Əzizin sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra soyqırımların qeyd olunmasının xüsusi önəmi var:

“Biz inanırıq və ümid edirik ki, Xocalı qatilləri də gələcək illərdə öz cəzalarına çatacaq və biz bu soyqırım günlərini təkcə Bakıda və ölkənin müxtəlif yerlərində deyil, eyni zamanda soyqırımın həyata keçirildiyi Xocalı ərazisində də qeyd edəcəyik”.

ƏN ÇOX OXUNANLAR

  • 113
Avro və lirə bahalaşdı
0.091723918914795