• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Professor Elton Məmmədova yeni vəzifə verilib



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinə müdir təyin edilib. 
 
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, AMEA prezidenti İsa Həbibbəylinin müvafiq əmri ilə bu vəzifəyə texnika elmləri doktoru, professor Elton Məmmədov təyin olunub. 
 
Elton Məmmədov saytımıza açıqlamasında bildirib ki, AMEA-da aparılan islahatlar çərçivəsində İşlər İdarəsi ləğv edilib və bu ilin yanvar ayında yerinə Təsərrüfat İşlərinin Təşkili Şöbəsi yaradılıb: "Bu vəzifəyə mən təyin edilmişəm”. 
 
Qeyd edək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov bu vəzifəsindən əvvəl AMEA ləğv edilən İşlər İdarəsinin müdiri vəzifəsini tuturdu.

ƏN ÇOX OXUNANLAR

0.23806214332581