• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyada dillə bağlı maraqlı təklif: Miqrantlara güzəştlər planlaşdırır



Rusiya Daxili İşlər Nazirliyi ölkədə yaşayan miqrantlara dil bilmə səviyyəsinə görə güzəştlər və cərimələrin tətbiqni planlaşdırır. 

Baki.Media ” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəisi Valentina Kazakova Dövlət Dumasında keçirilən dəyirmi masa zamanı deyib.

“Dil reytinqinin tətbiqinin effektiv təsiri uyğunlaşma dövründən sonra, məsələn, şəxsiyyət vəsiqəsinin alındığı tarixdən bir aydan üç ayadək vaxt ərzində nəzərdə tutulur. Aşağı reytinq olduğu halda stimullaşdırıcı amil kimi adaptasiya rüsumu tətbiq edilməlidir”, -  Valentina Kazakova deyib.

Onun sözlərinə görə, idarə vətəndaşın dil adaptasiyasının qiymətləndirilməsi üçün bal sistemi – “dil reytinqi”nin tətbiqini təklif edir. Xarici vətəndaş haqqında faktiki məlumatların qiymətləndirilməsi alqoritmi əsasında hesablanacaq. 

Bundan sonra miqrantların rus dilini bilmə səviyyəsinə görə bir neçə kateqoriyaya bölünməsi təklif olunur.

Kazakova bildirib ki, rus dilini yaxşı bilən miqrantlara gəlir vergisi güzəşti verilə bilər. Nazirliyin təklifinə əsasən, endirimin məbləği 50 faizə qədər ola bilər.

Kazakova qeyd edib ki, endirimin ölçüsü diferensiallaşdırılmalıdır. Rus dilini əsas səviyyədə bilənlərə 10%, orta səviyyəyə 15%, ən yüksək səviyyəyə 20%, rus dilini bilən miqrantlara isə 50% gəlir vergisi güzəşti verilməsi təklif olunur.

Mürtəza
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.098723888397217