• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Finlandiya Prezidenti ölkənin NATO-ya qoşulmasını təsdiqlədi



Finlandiya Prezidenti Sauli Niinistö respublikanın NATO-ya daxil olması haqqında qanunları imzalayıb.

Məlumata görə, hələ martın 1-də qanunlar Finlandiya parlamenti tərəfindən təsdiqlənib.

İndi respublikanın alyansa daxil olması NATO-ya üzv olan bütün ölkələr tərəfindən ratifikasiya edilməlidir, bundan sonra təşkilatın baş katibi Finlandiyanı NATO-ya üzv olmağa dəvət edəcək.

Ölkə hökuməti qeyd edib ki, Finlandiya “mümkün qədər tez” İsveçlə eyni vaxtda NATO-ya daxil olmaq niyyətindədir.

Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də eyni vaxtda NATO-ya üzvlük üçün müraciət ediblər. Bu günə kimi 30 dövlətdən 28-i hər iki ölkənin NATO-ya üzvlüyünü ratifikasiya edib. Alyans hələ də Türkiyə və Macarıstandan təsdiq gözləyir.

Mənbə: vedemosti.ru

ƏN ÇOX OXUNANLAR

  • 39
Avro və rubl bahalaşdı
0.14485597610474