• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

UEFA-dan "Barselona" ilə bağlı şok qərar!



UEFA "Barselona" klubunun hakimlərə rüşvət verməsi barədə ittihamlarla bağlı istintaqa başlayıb.

Offsideplus.az xəbər verir ki, Avropanın ali futbol qurumunun yaydığı məlumatda bildirilib:

“UEFA İntizam Qaydalarının 31(4) maddəsinə uyğun olaraq, “Neqreyra işi” adlanan hadisə ilə bağlı “Barselona” futbol klubunun potensial qanun pozuntularını araşdırmaq üçün bu gün etika və intizam müfəttişləri təyin edilib”.

Qeyd edək ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırmışdı.

ƏN ÇOX OXUNANLAR

0.12053298950195