• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Parisdə zibil blokadası və nəqliyyatın çöküşü: Makronun islahatına etirazlar davam edir



Parisdə və Fransanın digər şəhərlərində pensiya islahatına qarşı tətillər və nümayişlər davam edir. Bu gündən artıq Fransada dəmiryolu əlaqəsi kəsilib, dəniz limanlarının, neft emalı zavodlarının, yanacaqdoldurma məntəqələrinin və məktəblərin işi dayandırılıb.

Şəhərlərdə, xüsusilə Parisdə zibillər yığılıb qalıb. Məişət tullantıları yığanların martın 6-da başlayan tətili bazar ertəsinə qədər uzadılıb. Paris meriyasının məlumatına görə, səkilərə 9500 ton zibil yığılıb.

Qeyd edək ki, Fransanın aparıcı həmkarlar ittifaqları bu gündən ölkənin 200 kommunasında pensiya yaşının artırılmasına qarşı doqquzuncu ümummilli etiraz aksiyası keçirməyi planlaşdırdığını elan edib.

Polis aksiyalarda 70 minə qədər adamın iştirak edəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Pensiya islahatlarına dair qanuna əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.
Fransa Prezidenti Emmanuel Makron isə etirazlara baxmayaraq, dünən pensiya islahatına sadiqliyini bəyan edib. O vurğulayıb ki, hakimiyyət son günlər paytaxtda və əyalətlərdə nümayişlər zamanı baş vermiş iğtişaşların təkrarlanmasına “icazə verməyəcək”.

Yeri gəlmişkən, sosial şəbəkələrdə Fransada hüquq-mühafizə orqanları əməkdaşının aksiyaçını huşunu itirənə qədər döyməsi barədə görüntülər yayılıb.(oxu.az)

ƏN ÇOX OXUNANLAR

0.35730314254761