• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Neftin “qara günləri”nə qədər davam edəcək?



İlin ikinci yarısında Brent neftin qiyməti 90-100 dollar olacağı proqnozlaşdırılır, amma...

Neft artıq bu il 14% ucuzlaşaraq 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Brent markalı neftin qiyməti 74-75 dollar/barel arasında dəyişir. Bununla belə, neft treyderləri nikbinliklə hesab edirlər ki, “qara qızıl”ın qiymətində ucuzlaşma bu tempdə davam etməyəcək. Belə ki, yaya qədər ucuzlaşma dayana bilər və ilin ikinci yarısında qiymət artımı yenidən başlayacaq. Bununla belə, narahatlıq yarada biləcək başqa amillər də var.

Rusiya baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya mövcud tələbatı  nəzərə alaraq, hasilatı  sutkada 500 min barel azaltmaq qərarını uzadıb. Əvvəlcə bu, yalnız mart üçün nəzərdə tutulsa da, artıq sutkalıq azaltma qərarı iyunda da qüvvədə olacaq.

Neft ötən ilin sonundan bir sıra amillərin təsiri altında təzyiq altındadır. Qiymətlərin düşməsi Qərbin Rusiya neft məhsulları üçün isə bu il fevralın 5-dən tətbiq edilən qiymət tavanı müəyyən etdikdən sonra başlayıb. Neftin qiymətinə təzyiqin ikinci amili ABŞ Mərkəzi Bankının(FED) faiz artımıdır. FED-in monetar siyasətinin sərtləşdirilməsi ABŞ milli valyutasının möhkəmlənməsinə və nəticədə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxarır, çünki  dünya bazarlarında neft dollarla satılır.

Dünya bazarında neftin qiyməti - Insider

Digər amil odur ki, pandemiyadan sonra Çin iqtisadiyyatının daha sürətli bərpa olunacağı gözlənilirdi, lakin indiyədək enerji istehlakı ləng templə artır və bu da neft qiymətlərinə təzyiq göstərir. Eyni zamanda, ilin əvvəlindən Rusiya Səudiyyə Ərəbistanını geridə qoyub və Çinə neft tədarükünü 23,8% artıraraq lider olub.

Neftə daha bir zərbəni ABŞ və Aİ-də baş verən bank böhranı vurub. "Bank sektorundakı problemlər səbəbindən investorlar nağd pula girməyə və birja aktivlərini, o cümlədən neft fyuçerslərini satmağa başlayıblar. Belə ki, tammiqyaslı böhranın baş verəcəyi, daha sonra xammala və neftə tələbatın əsaslı şəkildə aşağı düşəcəyi ilə bağlı qorxular var.

Neft qiymətlərindəki son eniş dalğası bu həftənin əvvəlində, neftin qiymətinin son 15 ayın ən aşağı səviyyəsinə enməsi zamanı baş verib.  Dünyanın digər mərkəzi bankları uçot dərəcəsini artırmağa davam edəcəklərini açıqlayıblar ki, bu da  neft və digər əmtəələr üçün aşağı tələbat deməkdir.

Qlobal iqtisadi böhran və ya dərin tənəzzül baş verərsə, sənaye istehsalı aşağı düşərsə və enerji istehlakı azalarsa, neft ucuzlaşmağa davam edə bilər. Çin iqtisadiyyatının ləng bərpası da buna səbəb ola bilər. Bununla belə, Qərb iqtisadçıları gələcəyə nikbin baxır, neftin qiymətinin uzun müddət aşağı səviyyədə qala bilməyəcəyinə inanır. Çünki bank böhranının ilkin şoku artan tələb və məhdud təkliflə kompensasiya olunacaq, ilin ikinci yarısında neftin  qiyməti bahalaşacraq stabilləşəcək. əmindirlər. İlin ikinci yarısı üçün qiymət proqnozları bir barel üçün 80-140 dollar arasında dəyişir. Brent neftin qiyməti 90-100 dollar/barelə qayıda bilər. (musavat.com)

ƏN ÇOX OXUNANLAR

0.29536604881287