• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

BDYPİ-nin şöbə rəisi: “Sürət həddinin endirilməsi ölüm hallarını azaldacaq”



Sürət həddi istəkdən irəli gələrək deyil, tələbatdan irəli gələrək təyin edilir. Avropanın bir çox ölkələrində sürət həddinin 30 km/saata endirilməsi İsveçdə yaradılmış “Vision Zero” proqramından (sıfır ölüm) irəli gəlir.

Baki.media xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev son dövrdə qəzaların artmasının səbəblərindən danışarkən deyib.

O bildirib ki, aparılan testlər nəticəsində müəyyən edilib ki, 30 km/saatla hərəkət edən nəqliyyat vasitəsi piyadaya dəysə, piyadanın sağ qalma ehtimal 95%-dən yüksəkdir. Eləcə də 50 km/saatla hərəkət edən nəqliyyat vasitəsində təhlükəsizlik kəmərindən istifadə edən sərnişinlərin yol ayrıclarında yandan vurma zamanı sağ qalmaq şansı 95%-dən çoxdur. Eyni zamanda 70 km/saat sürətlə hərəkət edən iki nəqliyyat vasitəsi qarşı-qarşıya toqquşarsa, sərnişin və sürücünün təhlükəsizlik kəmərindən istifadə etdiyi halda sağ qalmaq şansı 95 faizdir”. 

ƏN ÇOX OXUNANLAR

  • 23
Avro və rubl bahalaşdı
0.12269711494446