• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

AJT gələcək fəaliyyət istiqamətlərini açıqladı



Azad Jurnalistlər Təşkilatının (AJT) üzvü, Yenixəbər.org saytının baş redaktoru İlqar Salmanov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, AJT İdarə heyətinin ilk iclası keçirilib:

- "İclasın gündəliyində Təşkilatın nizamnamə və loqosunun qəbul edilməsi yer alırdı. Günlərdir virtual olaraq müzakirə olunan hər iki məsələ ilə bağlı təkliflər eşidildi və yekun qərar qəbul edildi.

Demokratik prinsiplərin ehtiva olunduğu nizamnamə ilə AJT daimi sədrliklə yox, dönəm sədrliyi ilə fəaliyyət göstərəcək…

Bununla yanaşı, qərara alındı ki, ən qısa vaxtda lazımı sənədlər hazırlansın və dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilsin".

İlqar Salmanov sonda əlavə etdi ki, AJT ölkə jurnalistlərinin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemləri, eləcə də mediamızın inkişaf yollarını araşdırmaq və ictiamiləşdirməklə yanaşı, bu problemlərin həlli istiqamətində aidiyyatı dövlət strukturlarına təkliflər paketi təqdim etmək, müvafiq layihələr gerçəkləşdirmək kimi fəaliyyət istiqamətlərini hədəfləyib.

Qeyd edək ki, bu ilin aprelin 4-də Azad Jurnalistlər Təşkilatı 7 təcrübəli media mənsubları tərəfindən təsis olunub:

Tapdıq Abbas (“Paralel” Media Qrupu), Rövşən Kəbirli (“Müxalifət” qəzeti), Kamran Məhərrəmli ("Nuh” İnformasiya Portalı), İlqar Salmanov (“Yenixeber.org” İnformasiya Portalı), Şirin Cəfəri ("Gündemxeber.az” İnformasiya Portalı), Habil Tağıyev (“Dəryaz” qəzeti), Akif Nəsirli (“Paralel” qəzeti).

 

ƏN ÇOX OXUNANLAR

0.09631609916687