• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İqor Korotçenko: “Heydər Əliyevin hakimiyyəti dövrü Azərbaycanın inkişafına güclü təkan verib”



“Heydər Əliyevin hakimiyyəti dövrü Azərbaycanın ilk növbədə iqtisadi sahədə inkişafına güclü təkan verib”.

“Report” xəbər verir ki, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada keçirilən “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Ekspert qeyd edib ki, Bakı hər zaman beynəlxalq şəhər kimi tanınıb.

Onun sözlərinə görə, SSRİ-nin texnoloji sahədə inkişafına dair bütün ümidlər məhz Heydər Əliyevlə bağlı idi.

“Heydər Əliyev Azərbaycan üçün ən vacib, kritik bir dövrdə hakimiyyətə qayıdaraq ölkəni xilas edib. O, ağlı və şəxsi keyfiyyətləri ilə SSRİ-nin siyasi Olimpinə yüksəlmiş görkəmli dövlət xadimidir”, - İ.Korotçenko vurğulayıb.

O qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir.

ƏN ÇOX OXUNANLAR

0.085264205932617