• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hikmət Cavadov Ukrayna Ali Radası sədrinin müşaviri təyin olundu



Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Hüquq elmləri doktoru Hikmət Cavadov Ukraynada yüksək vəzifəyə təyin olunub.

Hikmət Cavadov Ukrayna Ali Radası sədri Ruslan Stefançukun müşaviri təyin edilib.

Qeyd edək ki, Hikmət Əlövsət oğlu Cavadov 1982-ci ildə Bakı şəhərində anadan olub.

O, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub.

Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) V.M.Koretski adına Dövlət və Hüquq İnstitutunda 2008-ci ildə hüquq elmləri namizədi, 2018-ci ildə hüquq elmləri doktoru elmi dərəcələrini alıb.

Hazırda UMEA-nın Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışır. İki elmi monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir.

Elmi işlərlə yanaşı ictimai fəaliyyətlə məşğul olan H.Cavadov 2005-2012-ci illərdə Ukraynada "Demokratiyanın nəbzi" beynəlxalq ictimai təşkilatının rəhbəri olub, 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu adlı ümumukrayna ictimai təşkilatının sədridir.

2014-2016-cı illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukraynada diaspor mərkəzinin baş koordinatoru vəzifəsini icra edib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Hazırda Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun katibi vəzifəsini icra edir.

H.Cavadov Ukrayna vətəndaşıdır.

Evlidir, 3 övladı var.

ƏN ÇOX OXUNANLAR

  • 23
Avro və rubl bahalaşdı
0.10179114341736