• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mövlud Çavuşoğlundan Ermənistana: “Sülh istəyirsinizsə, niyə Qarabağa silahlı şəxslər göndərirsiniz?”



“Ermənistan siyasətində və danışıqlarda çox tutarsız mövqe sərgiləyir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

O, Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərini də tənqid edib.

“Bəzən gözlənilməz bir bəyanat, bəzən də tam əks addım görürsən. Azərbaycan səmimiyyətlə sülh istəyir və bunu təklif edir. Siz bir tərəfdən “Qarabağ Azərbaycandır!” deyirsiniz, amma digər tərəfdən də Qarabağa qanunsuz olaraq silahlı şəxslər göndərirsiniz. Əgər sülh istəyirsinizə, niyə göndərirsiniz?”, - deyə Çavuşoğlu Ermənistan rəhbərliyinə sual ünvanlayıb

XİN rəhbəri bildirib ki, Qarabağdakı vəziyyətlə bağlı həqiqəti hər kəs görür.

“Hətta ABŞ də həqiqəti görür. Qərb silahlı şəxsləri də təsbit edib. Təəssüf ki, bizim istədiyimiz səmimiyyəti görmürük. Onların bu səmimiyyətə daha çox ehtiyacı var. Bizim qonşularımızla barışmaq, təbii ki, marağımızdadır. Azərbaycan, Ermənistan, Türkiyə - müəyyən məsələlərdə əməkdaşlıq etmək hamımızın marağındadır, amma ən çox Ermənistanın xeyrinədir. Onlar gəldilər, zəlzələdə kömək etdilər, xarici işlər naziri gəldi, təşəkkür etdik. Amma indi diplomatlarımı şəhid edən terrorçulara abidə ucaltsanız, bunu qəbul edə bilərəmmi?”, - Çavuşoğlu İrəvanda açılmış “Nemezis” abidəsini nəzərdə tutaraq qeyd edib.

Mənbə: 24TV

ƏN ÇOX OXUNANLAR

0.086468935012817