• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əli Həsənov təzminat ödəməkdən niyə qaçır? – QALMAQAL



2017-ci ildə törətdiyi qəza ilə hələ də gündəmdən düşməyən Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə Türkiyə vətəndaşları Mütallib və Söngül Tekişin növbəti məhkəməsi keçirilib.

Bakı.Media-nın məlumatına görə, Bizim.Media-ya danışan M. Tekiş bildirib ki, məhkəmə avqustun 31-də Bakı Apellyasiya Məhkəməsində keçirilib.

Şikayətə hakim Xumar Mərdanovanın sədirliyi ilə baxılıb: “Mən Nərimanov məhkəməsinin çıxardığı qərardan narazı qaldığım üçün Apelyasiya məhkəməsində müraciət etdim. Xatırlayırsızsa, Nərimanov Rayon məhkəməsində qaldırdığımız vəsait qismən təmin edildi, Əli Həsənovun bizə vəd etdiyi təzminat həyat yoldaşımın 1 il 5 aylıq müalicə puluna hesablanaraq, onu bütün öhdəliklərdən azad etdi. Hazırda proses davam edir və oktyabrın 26-da növbəti məhkəmə iclası keçiriləcək”.

Şikayətçi həmçinin qeyd edib ki, Həsənovlar ailəsi özlərinin haqlı, bizim isə yalançı olduğumuzu sübut etməyə davam ediblər. “Onlar yoldaşımın müalicəsi üçün xəstəxanaya ödədikləri pulu bizə verdikləri kimi qələmə vermək istəyirlər. Hətta bu məbləğin bankdan saxta yollarla aldıqları qəbzlə həqiqətən də bizə verildiyini sübut etmək istəyirlər. Biz bu iddiaya qarşı dəlillərimizi məhkəməyə təqdim etdik. Hazırda yoldaşım çox ağır vəziyyətdədir, onun rahat hərəkət etməsi üçün əməliyyatla belinə 25 dəmir qoyulub. 4 ildir ki, o, ayağa qalxa bilmir. Songülün müalicəsi davam etməlidir ki, sağlamlığına qovuşsun. Dua edirəm ki, qoy mənim həyat yoldaşım öz sağlamlığına qovuşsun Əli Həsənovun bütün pullarını qara qəpiyinə qədər özünə qaytaracam”.

Sonuncu məhkəmə işi ilə bağlı Əli Həsənovun tutduğu vəkillə əlaqə saxlamağa çalışırıq. Hələlik qarşı tərəfdən əldə etdiyimiz telefonlara cavab verən şəxs tapılmır. Araşdırmamız bu istiqamətdə davam edir.

Xatırladaq ki, 2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib.

Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb.

ƏN ÇOX OXUNANLAR

2.5056018829346