• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

8 Noyabr prospektində yol yenə çökdü - FOTO/YENİLƏNİB



"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Baki.Media -a açıqlamasında çökmənin su sızıntısı ilə əlaqəli olmadığını söyləyib:

"Hadisə ötən gün axşam saatlarında baş verib. Bizim mütəxəssislər yerində araşdırma aparıblar. Çökmə Sahil kollektorunun quyusunun yaxınlığında olub, amma mütəxəssislərimiz bildirdilər ki, quyuda hər hansı sızma və ya çökmə halları müşahidə olunmayıb.  Bununla belə yol təsərrüfatı əməkdaşlarımız məsələ ilə bağlı araşdırmalarını davam etdirir”,- deyə qurum rəsmisi əlavə edib.

Sözügedən yolda asfalt örtüyünün hansı səbəbdən tez-tez çökməsi ilə bağlı suala gəlincə isə A.Cəbrayıllı bildirib ki, buna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavab verməlidir.

***

10:31

8 Noyabr prospektində yolun bir hissəsi çöküb. 

Baki.Media xəbər verir ki, bu barədə jurnalist İbrahim Kamiloğlu məlumat verib.
O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

“Axşam saatlarında yolda iri çuxur var idi, səhər isə artıq içərisi doldurulmuşdu. Həmin ərazidə əvvəllər də bir neçə dəfə çökmə baş vermişdi”, - deyə o qeyd edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Baki.Media -a bildirib ki, bununla bağlı suallara "Azərsu" ASC cavab verməlidir.

Mövzu ilə bağlı "Azərsu" ASC-yə sorğu göndərilib.

Qeyd edək ki, sözügedən prospektdə yolun asfalt örtüyü bundan əvvəl də dəfələrlə çöküb.

Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

0.095108032226562