• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Meteohəssas insanlara XƏBƏRDARLIQ – Kimlər üçün ölüm riski var?



Bu gün Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, mayın 15-də müşahidə olunacaq tibbi-meteoroloji hava heç də əlverişli deyil.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. 

Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də, bu gün 50 yaşından yuxarı və qan təziyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”. 

ƏN ÇOX OXUNANLAR

0.095856904983521