• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sevilən türk seriallarının bir neçəsi tamaşaçılarla vidalaşır



Türkiyənin sevilən bir neçə serialı bu mövsüm tamaşaçılarla vidalaşacaq.

Bunlardan biri kifayət qədər reytinq yığa bilməyən “Ego” serialıdır. Baş rolları Alperen Duymaz və Melisa Aslı Pamukun oynadıqları serial mayın 21-dən ekranlarla vidalaşacaq.

Ən uzun müddət davam edən seriallar siyahısında olan “Yasak elma” bu mövsüm yekunlaşacaq. Şevval Sam, Eda Ece, Talat Bulut, Barış Kılıç, Nesrin Cavadzade və Berk Oktayın rol aldığı məşhur serial mayın 29-da final bölümünü yayımlayacaq.

Üç ildir ekranlarda olan “Camdakı kız” serialı ssenariyə əsasən bu mövsüm bitir. Burcu Biricik və Cihangir Ceyhanın baş rolları oynadığı serialın mayın sonunda son bölümünün çəkiləcəyi gözlənilir.

Bundan əlavə digər seriallar - “Gelsin hayat bildigi gibi”, “Güzel günler”, “Bir küçük gün işığı” da bu mövsüm final bölümlərini yayımlayacaqlar.

Mənbə: Haber Global

ƏN ÇOX OXUNANLAR

0.080446004867554